“Samsung”un üç qat modelinin buraxılış tarixi açıqlandı


“Samsung” bu payızda üç qatlı forma faktorunda qatlanan smartfon təqdim etmək niyyətindədir.
Yeniavaz.com
 “ETNews”ə istinadən xəbər verir ki, qadcet sentyabrda təqdim olunacaq, noyabrda isə satışa çıxarılacaq.
Vəziyyətlə tanış olan mənbələrin məlumatına görə, şirkət noyabrda təxminən 50 min tirajla cihazın məhdud buraxılışını hazırlayır.
Yeni məhsulun sentyabrın 4-də “Samsung Galaxy S25 FE”nin təqdim olunacağı “Galaxy Unpacked” tədbirində nümayiş olunmayacağı gözlənilir. Əvəzində üç qatlı modelin təqdimatı sentyabrın 29-da baş tuta bilər – “Project Moohan” qarışıq reallıq qulaqlığı ilə birlikdə. 
“Samsung”un üç dəfə qatlanan modelinin xüsusiyyətləri və dizaynı hələ açıqlanmayıb. 

DİGƏR XƏBƏRLƏR

Top