
Çin məhvetmə radiusu bütün planeti əhatə edən maye yanacaqlı “DF-5” strateji qitələrarası nüvə raketini ilk dəfə Pekində keçirilən paradda nümayiş etdirib.
Yeniavaz.com xəbər verir ki, nüvə silahının kadrları dünya mətbuatında müzakirə mövzusuna çevrilib.
Qeyd edək ki, “DF-5” (Donq Fenq – “Şərq Küləyi”) strateji qitələrarası nüvə raketinin uzunluğu 32,6, diametri isə 3,35 metrdir. “DF-5”, “DF-5A”, “DF-5B” və “DF-5C” nüvə başlıqlarını daşıya bilir.
Sözügedən raketin nümayiş olunduğu paraddan görüntüləri təqdim edirik: