Gürcüstan hakimiyyəti Saakaşvilini ömürlük həbslə hədələyir


Gürcüstan hakimiyyəti keçmiş prezident Mixail Saakaşvilini “2008-ci ildə müharibəyə başlamağa” görə ömürlük həbslə hədələyib.
Yeniavaz.com
xəbər verir ki, bu barədə Gürcüstan parlamentinin sədri Şalva Papuaşvili bildirib.
Onun sözlərinə görə, Saakaşviliyə qarşı açılan altıncı cinayət işi onun üçün ömürlük həbslə nəticələnə bilər.
Papuaşvili həmçinin, 2008-ci ildə gürcü generallarının “Cənubi Osetiyada konstitusiya quruluşunun bərpası” ilə bağlı bəyanatlarını və ölkədə hərbi vəziyyətin tətbiqi ilə bağlı keçmiş prezidentin fərmanını xatırladıb.
Digər tərəfdən, Gürcüstan hakimiyyəti Saakaşvilinin Vahid Milli Hərəkat Partiyasına qadağa qoymağı da planlaşdırır.

DİGƏR XƏBƏRLƏR

Top