
ABŞ Prezidenti Donald Tramp Nobel Sülh Mükafatını almağı xəyal etmədiyini deyib.
Yeniavaz.com xəbər verir ki, o, bu barədə “The Daily Caller” qəzetinin jurnalistinin sualını cavablandırarkən deyib.
Trampın sözlərinə görə, o, sadəcə ona və onun etdiklərinə ədalətli davranılmasını istəyir. ABŞ prezidenti hesab edir ki, ikinci prezidentlik müddəti başlayandan onun sayəsində dünyada 7 münaqişə dayandırılıb və qarşısı alınıb:
“Heç kim bunu heç vaxt bacarmayıb. Amma necə deyərlər, olan budur”.
Xatırladaq ki, avqustun ortalarında NBC telekanalı Ağ Evin sözçüsünə istinadən yazıb ki, Tramp həqiqətən də Nobel Sülh Mükafatını almaq istəyir, lakin uğur qazanacağını düşünmür.