
İngiltərənin “Liverpul” klubu bir transfer pəncərəsində yeni futbolçular üçün ödənilən ümumi məbləğə görə rekorda imza atıb.
Yeniavaz.com xəbər verir ki, bu barədə “Transfermarkt” portalı məlumat yayıb.
Məlumarta görə, bu yay “Liverpul” yeni oyunçular üçün 483 milyon avrodan çox xərcləyib və bir oyunçuya xərclənən məbləğə görə İngiltərə futbol tarixində ikinci rekordunu vurub.
Klub əvvəlcə Almaniya millisi və “Bayer” klubunun yarımmüdafiəçisi Florian Virtz üçün 125 milyon avro, daha sonra isveçli hücumçu Aleksandr İsak üçün İngiltərənin “Nyukasl” klubuna 144 milyon avro ödəyib.
“Liverpul” həmçinin bu yay heyətini Yuqo Ekitike (95 milyon avro), Miloş Kerkez (46,9 milyon avro), Ceremi Frimponq (40 milyon avro), Covanni Leoni (31 milyon avro) və Armin Peçi (1,78 milyon avro) ilə gücləndirib.
Bununla da, “Liverpul” İngiltərənin digər klubu “Çelsi”nin rekordunu geridə qoyub. Belə ki, London komandası 2023-cü ilin yayında yeni oyunçular üçün 464 milyon avro xərcləyib.