
Qızıl fyuçerslərinin qiyməti tarixi maksimumunu yeniləyərək bir troy unsiyası üçün 3600 dolları keçib.
Yeniavaz.com xəbər verir ki, bu “Comex” birjasında paylaşılan məlumatlardan bəlli olub.
Bakı vaxtı ilə saat 22:20-yə olan məlumata görə, qiymətli metalın qiyməti 1 troya unsiyası üçün 3600,30 dollar (+0,99%) təşkil edib. Saat 22:37-yə olan məlumata görə, qızılın qiyməti bir unsiya üçün 3599,42 dollara (+0,97%) düşüb.
***12:15
Qızıl fyuçerslərinin qiyməti tarixi maksimumunu yeniləyib.
Yeniavaz.com xəbər verir ki, bu barədə “Comex” birjası (Nyu-York Ticarət Birjasının bölməsi) məlumat yayıb.
Ticarət platformasından verilən məlumata görə, qızılın qiyməti bir troy unsiyası üçün 3570 dolları keçib.
Belə ki, Bakı vaxtı ilə saat 05:47-ə olan məlumata görə, qızılın qiyməti 0,92% faiz artaraq, 1 troy unsiyası üçün 3578,4 dollar təşkil edib.
Bakı vaxtı ilə saat 09:30-da isə qızılın qiymətinin artımı ləngiyərək, 1 troy unsiyası üçün 3563,8 dollar (+0,51%) olub.