Maskın sərvəti bir gündə 8,7 milyard dollar azaldı


Son bir gündə dünyanın ən varlı adamlarının siyahısında 1-ci sırada olan İlon Maskın ümumi sərvəti 8,66 milyard dollar azalıb.
Yeniavaz.com
 “Bloomberg”ə istinadən xəbər verir ki, “Tesla” və “SpaceX”in qurucusu olan İlon Maskın ümumi sərvəti hazırda 374 milyard dollar təşkil edir.
Onu da bildirək ki, son bir gündə böyük miqdarda zərər edən milyarderlər arasında “Oracle” və “Meta” korporasiyasının qurucuları Larri Ellison və Mark Zukerberq də var. Larri Ellisonun sərvəti bir gün ərzində 14,9, Mark Zukerberqin sərvəti isə 4,2 milyard dollar azalıb. Bu günə olan məlumata görə Larri Ellisonun 278, Mark Zukerberqin isə 260 milyard dollar sərvəti var.

DİGƏR XƏBƏRLƏR

Top