
Bu ilin ilk yarısında Azərbaycan 11 ölkədən 1 431,9 kiloqram gümüşdən hazırlanan zərgərlik məmulatları idxal edib.
Yeniavaz.com açıqlanan rəsmi məlumatlara istinadən xəbər verir ki, gümüşdən hazırlanan zərgərlik məmulatlarının bir qramının orta gömrük dəyəri 1,4 dollara (2,4 manat) bərabər olub.
Qeyd edək ki, gümüşdən hazırlanan zərgərlik məmulatları Azərbaycana ən çox Çin və Türkiyədən gətirilib. Çindən idxal olunan gümüşün bir qramının orta gömrük dəyəri 1,15 dollar (1,95 manat), Türkiyədən idxal olunan gümüşün bir qramının orta gömrük dəyəri 1,07 dollar (1,82 manat) olub.
Bu ilin ilk 6 ayında Azərbaycana gümüşdən hazırlanan zərgərlik məmulatları aşağıdakı ölkələrdən gətirilib:
Çin – 748,66 kq (bir qramın orta gömrük dəyəri 1,15 dollar)
Türkiyə – 551,28 kq (1,07 dollar)
Tailand – 96,95 kq (2,95 dollar)
Hindistan – 15,18 kq (1,24 dollar)
İspaniya – 6,89 kq (11,34 dollar)
Rusiya – 5,55 kq (4,17 dollar)
İtaliya – 4,21 kq (16,12 dollar)
ABŞ – 2,09 kq (44,14 dollar)
Vyetnam – 0,63 kq (5,83 dollar)
Fransa – 0,38 kq (18,95 dollar)
Almaniya – 0,05 kq (34,40 dollar)
Onu da qeyd edək ki, açıqlanan rəsmi məlumatlara görə ölkə daxilinə satılan 5 qramlıq gümüş üzüyün orta satış qiyməti 44 manat (bir qramı 8,8 manat) təşkil edib. Bu isə idxal edilən gümüşdən hazırlanan zərgərlik məmulatlarının gömrük dəyəriylə müqayisədə 3,6 dəfə çoxdur.
Elnur Əli