
“Barselona”nın sabiq baş məşqçisi Xavi “Bayer”ə rəhbərlik edə bilər.
Yeniavaz.com xəbər verir ki, bu barədə “Sky Germany” məlumat yayıb.
Qeyd edək ki, bu gün səhər saatlarında Erik ten Haqın klubun baş məşqçisi postundan istefa verməsi məlum olub.
Xavinin son iş yeri “Barselona” olub. 45 yaşlı mütəxəssis 2021-ci ilin noyabrından 2024-cü ilin iyununa kimi kluba başçılıq edib. Onun rəhbərliyi altında “blauqrana” 2022/2023 mövsümündə İspaniya çempionu olub və ölkə Superkubokunu qazanıb. Xavi Kataloniya klubunda işləməzdən əvvəl Qətərin “Əl-Səad” klubunu çalışdırıb.