Dünyanın ən böyük aysberqinin sahəsi üç ay ərzində min kvadrat kilometr azaldı


Dünyanın ən böyük aysberqi A23a üç yay ayı ərzində təxminən min kvadrat kilometr balacalaşıb.
Yeniavaz.com
xəbər verir ki, bu barədə Arktika və Antarktika Tədqiqat İnstitutunun mətbuat xidməti məlumat yayıb.
Bildirilib ki, sahəsi 60-300 kvadrat kilometr arasında olan üç parça aysberqdən qopub.
Qeyd edilib ki, iyunun əvvəlində A23a -nın sahəsi 2730 kvadrat kilometr olub. Sentyabrın əvvəlində isə aysberqin sahəsi 1750 kvadratkilometr təşkil edib.
Sentyabrın 1-nə olan məlumata görə, aysberq Atlantik okeanında Cənubi Corciya adasından 70 kilometr şimala doğru sürüklənir.

DİGƏR XƏBƏRLƏR

Top