MİDA 42 milyonluq tender elan edib


Mənzil İnşaatı Dövlət Agentliyi (MİDA) tabeliyində fəaliyyət göstərən “MİDA” MMC tender müsabiqəsi elan edib.
Yeniavaz.com
xəbər verir ki, Abşeron rayonu, Saray qəsəbəsində 4,5 ha torpaq sahəsində 8 və 9 nömrəli 16 mərtəbəli, 10, 11 və 12 nömrəli 12 mərtəbəli çoxmənzilli yaşayış binalarının, 13 nömrəli 1 mərtəbəli qeyri-yaşayış binasının tikintisi ilə bağlıdır.
Qeyd edək ki, müsabiqənin ehtimal olunan qiyməti 42 milyon 179 min 408 manat 58 qəpik təşkil edir.
Onu da bildirək ki, nizamnamə kapitalı 10 milyon manat olan “MİDA” MMC 2016-ci ildə dövlət qeydiyyatına alınıb. MMC-nin qanuni təmsilçisi Təhməzov Fərhad İlahi oğludur. Fərhad Təhməzov Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) sədri Qoşqar Təhməzlinin qardaşıdır.

Elnur Əli

DİGƏR XƏBƏRLƏR

Top