Hindistanın baş naziri yeddi ildən sonra Çinə səfər etdi


Çin Prezidenti Si Cinpin Şanxay Əməkdaşlıq Təşkilatının sammiti çərçivəsində Hindistanın Baş naziri Narendra Modi ilə Tiencində görüşüb.
Yeniavaz.com
xəbər verir ki, Hindistanın baş nazirinin Çinə son 7 ildə ilk səfər olub. 
“Bloomberg”in məlumatına görə, bu, bir neçə həftə əvvəl baş vermiş “nadir diplomatik sıçrayış”dan sonra, Yeni Dehli və Pekinin ümumi sərhədlərinin mübahisəli hissəsinin demarkasiyası üçün birgə işləməyə razılaşdıqları zaman mümkün olub.
Görüşdən sonra Modi ölkələr arasında birbaşa uçuşların bərpa olunduğunu açıqlayıb. Si, öz növbəsində, Çin və Hindistanın qarşılıqlı uğura töhfə verən dost və tərəfdaşlar olacağına əminliyini ifadə edib.
“Əjdaha və fil birlikdə rəqs edə bilər”, - Çin prezidenti deyib.
Qeyd edək ki, Modi və Si arasında görüş Hindistan və ABŞ arasında artan fikir ayrılıqları fonunda baş tutub. Bir neçə gün əvvəl ABŞ Prezident Donald Tramp Hindistana 25 faiz əlavə rüsum tətbiq edib və bunu Rusiya neftinin alışını davam etdirməsi ilə izah edib.
“The New York Times” avqustun 30-da yazıb ki, Trampla Modi arasında münasibətlərin pisləşməsinə Hindistanın baş nazirinin ABŞ prezidentini Nobel Sülh Mükafatına namizəd göstərməkdən imtina etməsi səbəb ola bilər. Nəşrin məlumatına görə, Tramp iyun ayında Hindistanın Pakistanın özünün etdiyi kimi Hindistan-Pakistan münaqişəsinin həllindəki roluna görə bunu etməli olduğuna eyham vurub. Modi Trampın atəşkəslə heç bir əlaqəsi olmadığını deyərək bundan imtina edib.

DİGƏR XƏBƏRLƏR

Top