
Rusiyaya məxsus pilotsuz təyyarələr Odessa vilayətinə kütləvi hücuma keçib.
Yeniavaz.com xəbər verir ki, bu barədə regionun hərbi administrasiyası məlumat yayıb.
Bildirilib ki, əsas zərbə Çornomorsk şəhərinə dəyib. Dörd enerji obyektinə ziyan dəyib, 29 mindən çox insan işıqsız qalıb.
Hücum zamanı bir nəfər yaralanıb.
Ukrayna Hərbi Hava Qüvvələrinin məlumatına görə, Rusiya hərbçiləri bir gecədə 142 pilotsuz uçan aparatı havaya buraxıb, onlardan 126-sı zərərsizləşdirilib.