
Bu ilin martından bəri tibbi yardıma ehtiyacı olan xəstə və yaralı fələstinlilər müalicə üçün Qəzza zolağından çıxa bilmirlər.
Yeniavaz.com xəbər verir ki, bu barədə TASS-ın müxbirinə Misirin Şimali Sinay əyalətinin qubernatoru Xalid Muqavir məlumat verib.
“Atəşkəs pozulduqdan sonra Qəzzadan müalicəyə ehtiyacı olan heç kəsi təxliyə edə bilməmişik”, - o bildirib.
Qeyd edək ki, atəşkəs razılaşması yanvarda pozulub.