
Naxçıvan Muxtar Respublikasının Gənclər və İdman Nazirliyinin keçirdiyi tender müsabiqəsinin qalibi “Profesional Sport” MMC (VÖEN – 1202925111) olub.
Yeniavaz.com xəbər verir ki, Nazirlik fitnes idman qurğularının satın alınmasına görə “Profesional Sport” MMC-yə 70 min 800 manat ödəyəcək.
Qeyd edək ki, nizamnamə kapitalı 100 manat olan “Profesional Sport” MMC-nin hüquqi ünvanı Bakı şəhəri, Xəzər rayonu, Binə ŞTQ, Əli İsazadə, ev 10-da yerləşir.
Onu da qeyd edək ki, 4 il əvvəl – 2021-ci ildə dövlət qeydiyyatına alınan MMC bu günə kimi ancaq Naxçıvan MR Gənclər və İdman Nazirliyinin keçirdiyi tender müsabiqələrində qalib olub. Nazirlik ötən il “Profesional Sport” MMC-dən 90 min 907 manat 20 qəpiklik, 2023-cü ildə isə 129 min 998 manat 24 qəpiklik idman avadanlıqları alıb.
Elnur Əli