“Vaşinqton sənədləri İrəvan və Bakının qarşılıqlı maraqlarına əsaslanır” – Mirzoyan


“Vaşinqtonda imzalanan bəyannamə və paraflanmış sülh sazişi İrəvan və Bakının qarşılıqlı maraqlarına əsaslanır”.
Yeniavaz.com
xəbər verir ki, bunu Ermənistanın Xarici İşlər naziri Ararat Mirzoyan ölkənin İctimai Televiziyasının efirində deyib.
“Sənədlərdə sırf bir tərəf üçün faydalı, digər tərəf üçün isə qəti şəkildə zərərli olan bir müddəa yoxdur”, - nazir qeyd edib.
Bu kontekstdə o, əldə olunan razılaşmaların pozulma ehtimalını çətin adlandırıb və bütün məqamların hər iki tərəf üçün vacib olduğunu vurğulayıb.
Nə üçün sənədin imzalanmaması, sadəcə paraflanması ilə bağlı sualı cavablandıran Mirzoyan qeyd edib ki, bir sıra məsələlər həll edilməli və mühüm işlər görülməlidir.

DİGƏR XƏBƏRLƏR

Top