Rusiya hökuməti benzinin ixracına qoyulan qadağanı uzatdı


Rusiya hökuməti benzinin ixracına qoyulan qadağanın müddətini uzadıb.
Yeniavaz.com
xəbər verir ki, bu barədə TASS məlumat yayıb.
Bildirilib ki, qadağa sentyabrın 30-a qədər başa çatacaq - həm birbaşa istehsalçılara, həm də adi pərakəndə satıcılara şamil olunacaq.
Oktyabrın 1-dən benzin birbaşa istehsalçılar tərəfindən ixrac ediləcək, öz istehsalı olmayan ixracatçılar isə noyabrın 1-dən etibarən bu hüququ əldə edəcəklər.
Xatırladaq ki, hazırkı qadağa avqustun 31-də başa çatmalı idi. O, fevralda adi pərakəndə satıcılar üçün tətbiq edilib, iyulda isə istehsalçılara şamil edilib.
Rusiyada benzin ixracına qadağalar demək olar ki, hər il, adətən aktiv kənd təsərrüfatı işləri zamanı tətbiq edilir.

DİGƏR XƏBƏRLƏR

Top