
Misir anklavda münaqişə bitdikdən sonra Qəzza zolağında təhlükəsizliyi təmin edəcək 10 min nəfərə qədər kontingent yaratmaq üçün yüzlərlə fələstinliyə təlimlər keçirməyə başlayıb.
Yeniavaz.com xəbər verir ki, bu barədə “The Wall Street Journal” (WSJ) ərəb ölkələrinin rəsmilərinə istinadən məlumat yayıb.
Onların sözlərinə görə, namizədlərin ilk qrupları artıq Misir hərbi akademiyalarında hazırlığa başlayıblar. Qəzzada atəşkəsin əldə olunmasından sonra Misirin daha 5 min fələstinlini analoji təlim keçmək üçün qəbul edəcəyi planlaşdırılır. Gələcək qüvvələrin əsasını Fələstin Milli Administrasiyasının (FMA) təhlükəsizlik orqanlarının nümayəndələri təşkil edəcək. Bundan əlavə, Misir, İordaniya və bəzi Körfəz ölkələrinin milli silahlı qüvvələri atəşkəsdən sonra anklavda təhlükəsizliyin təmin edilməsinə qoşula bilər.
Qəzet iddia edir ki, ərəb dövlətləri getdikcə HƏMAS-ın anklavda hakimiyyəti saxlamamasına təkid edir. İyul ayında Ərəb Liqası ilk dəfə olaraq hərəkatı tərksilah etməyə və Zolağa nəzarətdən imtina etməyə çağırıb.