MDB ölkələri arasında teatra ən az gedən azərbaycanlılardır


Açıqlanan sonuncu rəsmi məlumata görə, Azərbaycanda 29 peşəkar teatr fəaliyyət göstərir.
Yeniavaz.com
xəbər verir ki, son bir il ərzində Azərbaycanda peşəkar teatrlara gedən tamaşaçıların sayı 0,4 milyon nəfər olub.
Qeyd edək ki, bir teatra düşən orta tamaşaçı sayına görə Azərbaycan Müstəqil Dövlətlər Birliyinə (MDB) üzv olan ölkələr arasında sonuncu sırada yer alıb.
MDB ölkələrində peşəkar teatrların və il ərzində teatra gedən tamaşaçıların sayı aşağıdakı kimi olub:
Azərbaycan – 29 teatr (0,4 milyon tamaşaçı);
Belarus – 28 teatr (1,8 milyon tamaşaçı);
Ermənistan – 25 teatr (0,6 milyon tamaşaçı);
Qazaxıstan – 74 teatr (3,1 milyon tamaşaçı);
Qırğızıstan – 21 teatr (0,3 milyon tamaşaçı);
Moldova – 17 teatr (0,4 milyon tamaşaçı) ;
Rusiya – 706 teatr (42 milyon tamaşaçı);
Tacikistan – 26 teatr ( 0,4 milyon tamaşaçı);
Özbəkistan – 48 teatr (3,7 milyon tamaşaçı);
Ukrayna – 113 tetar (5,6 milyon tamaşaçı) .


Qeyd edək ki, Türkmənistanla bağlı məlumatlar açıqlanmayıb. Ukrayna ilə bağlı məlumat 2015-ci ilə,  Tacikistan, Rusiya və Ermənistan ilə bağlı məlumatlar isə 2023-cü ilə aiddir.

Elnur Əli

DİGƏR XƏBƏRLƏR

Top