
ABŞ-nin məşhur Corctaun Universitetinin tərkibində fəaliyyət göstərən Corctaun Qadınlar, Sülh və Təhlükəsizlik İnstitutu (Georgetown Institute for Women, Peace and Security) tərəfindən açıqlanan “Qadınlar üçün ən təhlükəli ölkələr 2025” (“Most Dangerous Countries for Women 2025”) adlı hesabatda Azərbaycan 0,667 xalla 176 ölkə arasında 97-ci yerdə qərarlaşıb.
Yeniavaz.com xəbər verir ki, Azərbaycan bu göstəriciyə əsasən keçmiş SSRİ və qonşu ölkələr arasında 14-cü sırda yer alıb.
Qeyd edək ki, keçmiş SSRİ və qonşu ölkələr arasında ən yaxşı vəziyyət Estoniyada qeydə alınıb. Estoniya “Qadınlar üçün ən təhlükəli ölkələr” hesabatında 14-cü sırada qərarlaşıb. Ən pis vəziyyət isə İrandadır. İran 176 ölkə arasında 139-cu sırada yer alıb.
Keçmiş SSRİ və qonşu ölkələrin 176 ölkə arasındakı mövqeyi aşağıdakı kimi olub:
Estoniya – 14-cü yer (0.892);
Litva – 16-cı yer (0.886);
Latviya – 20-ci yer (0.872);
Gürcüstan – 40-cı yer (0.812);
Ermənistan – 48-ci yer (0.772);
Moldova – 53-cü yer (0.758);
Rusiya – 56-cı yer (0.752);
Türkmənistan – 58-ci yer (0.750);
Belarus – 69-cu yer (0.733);
Qazaxıstan – 70-ci yer (0.729);
Tacikistan – 90-cı yer (0.690);
Özbəkistan – 94-cü yer (0.674);
Qırğızıstan – 95-ci yer (0.673);
Azərbaycan – 97-ci yer (0.667);
Türkiyə – 99-cu yer (0.665);
Ukrayna – 116-cı yer (0.626);
İran – 139-cu yer (0.557).
Onu da qeyd edək ki, dünyada qadınlar üçün ən təhlükəsiz ölkə Danimarka hesab olunur. İlk 5-liyə İsveçrə, İsveç, Finlandiya və Lüksemburq daxildir.
Qadınlar üçün ən təhlükəli ölkələrin siyahısına isə Əfqanıstan başçılıq edir. Əfqanıstandan başqa Yəmən, Mərkəzi Afrika Respublikası, Konqo və Cənubi Sudan da qadınlar üçün ən təhlükəli ölkələr hesab edilir.
Elnur Əli