Bir şagirdin məktəb bazarlığı neçəyə başa gəlir? – Qiymətlər


Təxminən 20 gündən sonra təhsil müəssisələrində yeni tədris ilinə başlanılacaq.
Yeniavaz.com
xəbər verir ki, yeni tədris ilinin başlamasına sayılı günlər qaldığı üçün valideynlər də artıq məktəb bazarlığına başlayıblar.
Bəs görəsən, bir şagirdin məktəb hazırlığı nə qədər xərc tələb edir?
Qeyd edək ki, ilk baxışda “dəftər-qələm” xərci kiçik görünsə də, geyim, çanta, ayaqqabı və digər ləvazimatlar bəzən valideynlər üçün böyük maliyyə yükünə çevrilir.
Apardığımız təxmini hesablama göstərir ki, ibtidai siniflər üçün məktəbli forması (şalvar, ətək, jaket, köynə və ayaqqabı) təxminən 87-105 manat arasında dəyişir. İdman geyimi və idman ayaqqabısı isə əlavə olaraq 50-60 manat tələb edir:
- Köynək – 12-15 manat;
- Şalvar və ya ətək – 20-25 manat;
- Jaket – 30-35 manat;
- Ayaqqabı – 25-30 manat;
- İdman geyimi – 30-35 manat;
- İdman ayaqabısı – 20-25 manat.


Bunlardan başqa, məktəbli çantalarının qiyməti markadan asılı olaraq 40-80 manat arasında dəyişir. Orta hesabla bir uşaq üçün 10-12 dəftər, qələmlər, karandaş, rəngli qələmlər, plastilin, xətkeş, pozan və digər xırda ləvazimatların ümumi dəyəri 40-60 manat təşkil edir.
Bəzi valideynlər övladlarına su qabı, yemək qabı, əlavə dərs vəsaitləri də alır. Bu da orta hesabla 30-50 manat əlavə xərc yaradır.
Nəticədə, bir ibtidai sinif şagirdinin məktəbə hazırlanması valideynlərə orta hesabla 247-355 manat arasında başa gəlir. Daha keyfiyyətli geyim və ləvazimat seçildikdə bu məbləğ 400 manatı da keçə bilər.

Elnur Əli

DİGƏR XƏBƏRLƏR

Top