
İngiltərə Premyer Liqasının ikinci turunda son çempion “Liverpul” səfərdə “Nyukasl Yunayted”in qonağı olub. qəbul edib və 3:2 hesabı ilə qalib gəlib.
Yeniavaz.com xəbər verir ki, ilk hissədə “Liverpul”un heyətində hollandiyalı yarımmüdafiəçi Rayan Qravenberq fərqlənib.
İkinci hissənin əvvəlində isə fransalı hücumçu Hüqo Ekitikt fərqi iki topa çatdırıb.
“Nyukasl Yunayted”in ingilis hücumçusu Antoni Qordon ilk hissəyə əlavə olunmuş 3-cü dəqiqədə qırmızı vərəqə alıb. Buna baxmayaraq meydan sahibləri ikinci hissədə 2 qol vurmağı bacarıblar. Komandaya ümid verən qolların müəllifləri isə braziliyalı yarımmüdafiəçi Bruno Gimaraes və danimarkalı hücumçu Vilyam Osula olub.
Lakin əlavə olunmuş vaxtın 10-cu dəqiqəsində ingilis hücumçu Rio Nqumoxa “Liverpul”a qələbə qazandıran qolu vurub və yekun hesabı müəyyənləşdirib – 2:3.