
“Qəzza zolağında münaqişə iki-üç həftə ərzində nəhayət həll olunacaq”.
Yeniavaz.com xəbər verir ki, bunu ABŞ Prezidenti Donald Tramp Ağ Evdə Cənubi Koreya Prezidenti Li Çje-Myonq ilə görüşün əvvəlində jurnalistlərin suallarını cavablandırarkən deyib.
“Düşünürəm ki, qarşıdakı iki-üç həftə ərzində biz münaqişənin yaxşı, yekun sona çatacağıq. Bu barədə danışmaq çətindir, çünki onlar min illərdir mübarizə aparırlar, bura həmişə gərginlik ocağı olub”, - Tramp deyib.
Xatırladaq ki, avqustun 8-də İsrailin hərbi-siyasi kabineti Baş nazir Benyamin Netanyahunun Qəzza şəhərinin bütün ərazisini nəzarətə götürmək və Fələstin anklavında əməliyyatı genişləndirmək üçün təklif etdiyi planı təsdiqləyib. Avqustun 20-də isə İsrailin müdafiə naziri İsrael Kats planı təsdiqləyib.