“Marsel” “Real Madrid”lə danışıqlara başladı – KİV


“Real”ın yarımmüdafiəçisi Daniel Sebalyos karyerasını Fransa çempionatında davam etdirə bilər.
Yeniavaz.com
xəbər verir ki, bu barədə insayder Fabrizio Romano sosial şəbəkə hesabında məlumat yayıb.
Bildirilib ki,  futbolçu ilə “Marsel” maraqlanır.
Mənbənin sözlərinə görə, Sebalyos komandanın yarımmüdafiə xəttini gücləndirməyi planlaşdıran Fransa klubu üçün arzulanan transferidir. Artıq “Real” və “Marsel” arasında ilkin danışıqların aparıldığı bildirilir.

DİGƏR XƏBƏRLƏR

Top