
İslam Əməkdaşlıq Təşkilatına (İƏT) üzv ölkələrin xarici işlər nazirləri Ciddədə görüş keçirib.
Yeniavaz.com xəbər verir ki, nəticələr haqqında yekun bəyanat qəbul edilib.
Bəyanatın əsas məqamlarını təqdim edirik:
- Ramallahda yerləşən Fələstin Milli Administrasiyası bütün Fələstin əraziləri üzərində nəzarəti qaytarmalı və onların təhlükəsizliyini təmin etməlidir.
- İƏT-ə üzv dövlətlər fələstinlilərə qarşı zorakılığın qarşısını almaq üçün İsrailə silah və sursat tədarükünə və təhvil verilməsinə son qoymalıdır.
- İsrail hakimiyyəti Qəzza zolağında bütün hərbi əməliyyatları dərhal dayandırmalı və ilkin şərt olmadan anklavdakı blokadanı qaldırmalıdır.
- İƏT-ə üzv dövlətlər İsrailin BMT-dəki üzvlüyünü dayandırmağa çalışmalıdır.
- İsrail Qəzza zolağında və İordan çayının qərb sahilində fələstinlilərə qarşı müharibə cinayətləri və soyqırımlarına görə Beynəlxalq Ədalət Məhkəməsində cavabdehlik daşımalıdır.
- Tərəflər İsraillə diplomatik və iqtisadi əlaqələrin səviyyəsinə yenidən baxmalıdır.