Bayraq dirəyinə Britaniya şirkəti nəzarət edəcək – 4 aya 137 min manat alacaq


Dənizkənarı Bulvar İdarəsi Böyük Britaniyanın “COWI UK LIMITED” (02962837) şirkəti ilə satınalma müqaviləsi imzalayıb.
Yeniavaz.com
xəbər verir ki, müqavilə tender müsabiqəsi keçirilmədən, bir mənbədən satınalma metodu əsasında bağlanıb.
Qeyd edək ki, ümumi dəyəri 136 min 614 manat olan müqavilənin şərtlərinə görə, Böyük Britaniya şirkəti bayraq dirəyinin funksional vəziyyətinə nəzarət edilməsi, daimi monitorinq sisteminə daxil olan məlumatların təhlil edilməsi və müvafiq hesabat və rəylərin hazırlanması xidmətlərini göstərəcək.
Onu da bildirək ki, müqavilə üzrə nəzərdə tutulan işlər dekabr ayının 31-də başa çatacaq.

Elnur Əli

DİGƏR XƏBƏRLƏR

Top