Nazirlik 88 min 888 manat 88 qəpiklik gül alır


Gənclər və İdman Nazirliyi tərəfindən keçirilən tender müsabiqəsinin qalibi “Flora Holland” MMC (VÖEN- 1405674931) olub.
Yeniavaz.com
xəbər verir ki, nazirlik tenderin qalibi olan şirkətdən 88 min 888 manat 88 qəpik dəyərində güllər və əklillər alacaq.
Qeyd edək ki, nizamnamə kapitalı 20 manat olan “Flora Holland” MMC-nin qanuni təmsilçisi Seyidzadə Rəhim Vaqif oğludur. Hüquqi ünvanı Nəsimi rayonu, Mərdanov qardaşları ev. 102, m. 28-də yerləşən MMC-i 2021-ci ildə dövlət qeydiyyatına alınıb.
Bu müsabiqədə diqqət çəkən məqamlardan biri tender müsabiqəsinin dəyərinin eyni rəqəmlərdən (“zerkalnı”) ibarət olmasıdır.

Elnur Əli

DİGƏR XƏBƏRLƏR

Top