İsrail ordusu Dəməşqin yaxınlığındakı Beyt-Cənnə girdi


İsrail ordusunun xüsusi təyinatlı dəstəsi 11 zirehli maşınla Dəməşqdən 46 km cənubda yerləşən Beyt-Cənn bölgəsinə daxil olub.
Yeniavaz.com
xəbər verir ki, bu barədə “Suriya TV” məlumat yayıb.
Bildirilir ki, İsrail hərbçiləri ərazidə təmizləmə əməliyyatı həyata keçirir. Əməliyyatda 60-dan çox hərbçi iştirak edir.
Qeyd edək ki, Beyt-Cənndə əvvəlcə Fələstin qruplarının və şiə dəstələrinin üzvləri fəaliyyət göstərirdi. Orada son təmizləmə əməliyyatı iyunun 28-də aparılmışdı.
Telekanalın məlumatına görə, İsrail hərbçiləri bazar ertəsi Hermon dağ massivinin yamacında yerləşən Batt əl-Varda yüksəkliyini ələ keçirərək orada müşahidə məntəqəsi yaradırlar.

DİGƏR XƏBƏRLƏR

Top