Minimum əməkhaqqı 16%, işsizlərə verilən pul 7,3% artıb


Bu ilin avqust ayının 1-ə olan məlumata görə, Azərbaycanda işsizlikdən sığorta ödənişinin orta aylıq məbləği 437,1 manat olub.
Yeniavaz.com
açıqlanan rəsmi məlumatlara istinadən xəbər verir ki, işsizlikdən sığorta ödənişinin orta aylıq məbləği əvvəlki ilin eyni dövrü ilə müqayisədə 7,3% və ya 29,7 manat artıb.
Məlumat üçün bildirək ki, işsizlikdən sığorta ödənişinin orta aylıq məbləği minimum və orta aylıq əməkhaqqındakı artımala müqayəsədə daha aşağı olub.
Qeyd edək ki, son bir ildə Azərbaycanda minimum əməkhaqqı 15,9%, orta aylıq əməkhaqqı ilsə 9,4% artıb.

Elnur Əli

DİGƏR XƏBƏRLƏR

Top