
İspaniya çempionatının ikinci turunda ikinci pillədə qərarlaşan “Real Madrid” “Real Ovyedo”nun qonağı olub.
Yeniavaz.com xəbər verir ki, Xabi Alonsonun rəhbərlik etdiyi komanda 3:0 hesabı ilə qalib gəlib.
“Kral klubu”nun qollarını 37 və 83-cü dəqiqələrdə fransalı hücumçu Kilian Mbappe və əlavə vaxtın 3-cü dəqiqəsində braziliyalı hücumçu Vinisius Junior vurub.
Türkiyə millisinin gənc ulduzu 74 dəqiqə meydanda qalıb və Mbappenin birinci qolunda ötürməni edib.