
Rusiyaya məxsus qırıcı təyyarə Ermənistanın paytaxtı İrəvanda qəza törədib.
Yeniavaz.com Shamshyan.com-a istinadla xəbər verir ki, hadisə saat 02:15 radələrində Arşakunyats prospektində baş verib.
Belə ki, qırıcı təyyarə əvvəlcə dəmir dirəyə, daha sonra isə dəmir barmaqlığa çırpılıb.
Bildirilir ki, hadisə zamanı xəsarət alan olmayıb.
“Razılaşdırılmış quru nəqliyyatı zamanı sərt qoşqunun elementi sıradan çıxıb və təyyarə sürüşüb. Nəqliyyat prosesi DİN-in patrul xidməti əməkdaşlarının və Müdafiə Nazirliyinin hərbi polisinin müşayiəti ilə həyata keçirilirdi.
Görülmüş tədbirlər nəticəsində yol hərəkəti uzun müddət dayandırılmayıb, nə təyyarə, nə də hasar zərər görməyib. Qoşqu bərpa edildikdən sonra nəqliyyat davam etdirilib”, - nəçr yazır.
Qeyd olunub ki, hadisə ilə əlqədar Erebuni hava limanında hərəkət tamamilə dayandırılıb.