“Barselona” ilk hissədə iki top buraxsa da, yekunda qalib gəldi – Video


İspaniya çempionatının ikinci turunda son çempion “Barselona” “Levante”ni qəbul edib.
Yeniavaz.com
xəbər verir ki, “kataloniyalılar” ilk hissədə iki qol buraxsalar da, yekunda meydanda 3:2 hesablı qələbə ilə ayrılıblar.
İkinci hissədə “Barselona” heyətində Pedri və Ferran Torres fərqlənib. Əlavə olunmuş vaxtda ispaniyalı müdafiəçi Unai Elçezabal meydan sahiblərinin qapısına avtoqol vurub.
Qeyd edək ki, hazırda “Barselona” 6 xalla turnir cədvəlinə liderlik edir. “Levante” isə iki məğlubiyyətdən sonra 18-ci pillədə qərarlaşıb.

DİGƏR XƏBƏRLƏR

Top