Repetitor yanına getmədən 637 bal yığıb


Samux rayonunun Əhmədbəyli kənd sakini, Mirzəyeva Fidan İlqar qızı heç bir repetitor yanına getmədən qəbul imtahanında 637 bal toplayıb.
Yeniavaz.com
xəbər verir ki, bu haqda sosial şəbəkələrdə məlumat yayılıb.
Qeyd edilir ki, Eltun İsgəndərov adına Əhmədbəyli kənd tam orta məktəbinin məzunu olan Fidan Mirzayeva kiçik yaşlarından hüquqşünas olmaq arzusunu həyata keçirmək üçün əzmlə çalışıb. Nəticədə Fidan ixtisas seçimində yalnız bir bənd qeyd edərək Bakı Dövlət Universitetinin Hüquqşünaslıq ixtisasını seçib. Onun arzusu reallaşıb və Fidan dövlət sifarişi əsasında pulsuza qəbul olunub.

DİGƏR XƏBƏRLƏR

Top