Hansı ölkədə sabit genişzolaqlı və mobil internetin sürəti nə qədərdir? – Siyahı


Dünyada internetin sürətini ölçən məşhur “Speedtest” xidməti 2025-ci ilin iyul ayı üçün internetin sürətinə görə ölkələrin siyahısını açıqlayıb.
Yeniavaz.com
xəbər verir ki, açıqlanan siyahıya əsasən mobil internetin sürətinə görə Azərbaycan 74,8 Mbit/s sürətlə 104 ölkə arasında 56-cı yerdə qərarlaşıb.
Sabit genişzolaqlı internetin sürətinə görə isə Azərbaycan 82,6 Mbit/s sürətlə 155 ölkə arasında 81-ci yerdə olub.
Keçmiş SSRİ və region ölkələrində sabit genişzolaqlı internetin sürəti 155 ölkə arasında belə olub:
39. Moldova – 158,5 Mbit/s
53. Latviya – 106 Mbit/s
64. Estoniya – 91,7 Mbit/s
67. Rusiya – 90,7 Mbit/s
75. Ukrayna – 87,2 Mbit/s
73. Özbəkistan – 88,1 Mbit/s
83. Qırğızıstan – 81,6 Mbit/s
90. Belarus – 78,4 Mbit/s
81. Azərbaycan – 82,6 Mbit/s
85. Qazaxıstan – 80,6 Mbit/s
94. Ermənistan – 71,4 Mbit/s
101. Türkiyə – 54,9 Mbit/s
113. Gürcüstan – 41,9 Mbit/s
116. Tacikistan – 39,5 Mbit/s
138. İran – 19,3 Mbit/s

Keçmiş SSRİ və region ölkələrində mobil internetin sürəti 104 ölkə arasında belə olub:
21. Gürcüstan – 147,2 Mbit/s
23. Estoniya – 145,4 Mbit/s
29. Latviya – 129,1 Mbit/s
31. Litva – 125,9 Mbit/s
48. Qazaxıstan – 88,8 Mbit/s
56. Azərbaycan – 74,8 Mbit/s
60. Türkiyə – 69,1 Mbit/s
65. İran – 61,3 Mbit/s
79. Moldova – 52,5 Mbit/s
75. Özbəkistan – 54,6 Mbit/s
74. Ukrayna – 55,7 Mbit/s
77. Qırğızıstan – 53,6 Mbit/s
63. Ermənistan – 64,9 Mbit/s
91. Rusiya – 37,8 Mbit/s
103. Belarus – 17,7 Mbit/s
Məlumat üçün bildirək ki, dünyada ən sürətli mobil internet Birləşmiş Ərəb Əmirliklərində, sabit genişzolaqlı internet isə Sinqapurda qeydə alınıb.
Bu ölkələrdə internetin orta sürəti müvafiq olaraq 584,9 Mbit/s və 386,9 Mbit/s olub. Ən zəif mobil internet Boliviyada (14,7 Mbit/s), ən zəif sabit genişzolaqlı internet isə Suriyada (3,2 Mbit/s) qeydə alınıb

Elnur Əli

DİGƏR XƏBƏRLƏR

Top