Rusiyada veyplərin satışı qadağan edilə bilər


“Rusiya parlamentinin aşağı palatasının deputatlarının mütləq əksəriyyəti Rusiyada veyplərin (elektron siqaret) satışına tam qadağa qoyulmasını dəstəkləyir”.
Yeniavaz.com
xəbər verir ki, bu barədə Dövlət Dumasının sədri Vyaçeslav Volodin teleqram kanalında məlumat yayıb.
Qeyd edək ki, ötən gün Nijni Novqorod vilayətinin başçısı Qleb Nikitin ölkə başçısı Vladimir Putinə regionlara veypləri tamamilə qadağan etmək səlahiyyətinin verilməsini təklif edib. Qubernator bəyan edib ki, Nijni Novqorod vilayəti “bu iyrənc şeyin” qadağan olunacağı pilot rayon olmağa hazırdır.
“Hesab edin ki, mən artıq razılaşdım”, - Rusiya prezidenti cavab verib.
Volodin xatırladıb ki, veypləri qadağan edən qanun layihələri artıq Dövlət Dumasına baxılmaq üçün təqdim edilib, lakin hökumət onları dəstəkləməyib. İndi onun sözlərinə görə, Dövlət Duması müvafiq qadağaya yaxın iki ay ərzində baxacaq.

DİGƏR XƏBƏRLƏR

Top