
“Mançester Siti”nin keçmiş müdafiəçisi və kapitanı Kayl Uoker bu yay klubu tərk etmək qərarına gəlməsinin səbəbini açıqlayıb.
Yeniavaz.com xəbər verir ki, bu barədə o “The Telegraph”a danışıb.
“Mən oynamadım. “Mançester Siti” azarkeşlərinə böyük hörmətim var. Onlar inanılmazdı, tamamilə inanılmazdı. Biz onlara fantastik anlar yaşadıq və onlar da bizə fantastik anlar yaşatdılar - mövsümün son oyununda “Aston Villa” ilə 2-0 məğlub olduq və bir nəfər də olsun stadionu tərk etmədi, çünki onlar son anadək bizə güvənirdi.
Ancaq hiss etdim ki, “günah keçisi” demək istəmirəm, çünki orda olanları danışmaq istəmirəm. Amma mən kapitan idim və komanda ötən mövsüm zəif oynadı. Keçən mövsüm bir çox əsas oyunçular uzun müddət yox idi və mən özümü hiss edirdim... Mən günahlandırıldığımı söyləməzdim, amma kapitan olduğum üçün özümü günahkar hiss edirdim”, - Uoker deyib.
Qeyd edək ki, ingilis futbolçu “Bernli”yə transfer olunub.