
“Rusiya Prezidenti Vladimir Putin və Volodimir Zelenskinin (Ukrayna Prezidenti – red.) görüşü planlaşdırılmayıb.
Yeniavaz.com xəbər verir ki, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov “NBC News” telekanalının efirində deyib.
“Görüş planlaşdırılmır. Putin sammitin gündəliyi hazırlanarsa, Zelenski ilə görüşməyə hazırdır. Bu gündəm ümumiyyətlə hazır deyil”, - nazir müvafiq sualı cavablandırarkən bildirib.
Lavrov deyib ki, Volodimir Zelenski ABŞ Prezidenti Donald Trampın Vaşinqtonda Ukraynada nizamlanmaya dair görüşdə qeyd etdiyi bütün təkliflərə “yox” deyib.