
“Liverpul”un hücumçusu Məhəmməd Salah Peşəkar Futbolçular Assosiasiyasının (PFA) qərarı ilə ilin ən yaxşı oyunçusu seçilib.
Yeniavaz.com “Squawka”ya istinadla xəbər verir ki, misirli oyunçu bununla da bir mövsümdə Premyer Liqada 5 fərdi mükafat qazanan ilk oyunçu olub.
Ötən mövsümün nəticələrinə görə, Salah həmçinin Premyer Liqanın bombardiri olub, ən yaxşı pleymeyker mükafatına görə Premyer Liqanın Qızıl butsunu qazanıb, Premyer Liqada İlin Oyunçusu seçilib və həmçinin Futbol Yazıçıları Assosiasiyasının (FWA) İlin Futbolçusu mükafatına layiq görülübü.
Qeyd edək ki, son İngiltərə çempionatında Salah 38 matçda iştirak edib, 29 qol vurub, 18 məhsuldar ötürmə edib.