
Araşdırmalar göstərir ki, sitrus meyvələrində olan naringin adlı bioflavonoid güclü iltihabəleyhinə və ürəyi qoruyucu təsirə malikdir, bu da onu ürək-damar xəstəliklərinin profilaktikası üçün perspektivli namizəd edir.
Yeniavaz.com xəbər verir ki, bu barədə “Nutrients” jurnalında dərc edilmiş naringinin ürək-damar sistemi üzərindəki təsirinə dair 60-dan çox tədqiqatın təhlilində bildirilir.
Nəticələr göstərib ki, naringin endotel funksiyasının bərpasına kömək edir, iltihabı və oksidativ stresi azaldır, həmçinin ürək hüceyrələrində enerji mübadiləsini yaxşılaşdırır.
“Xüsusilə, şəkərli diabetli siçanlarda naringindən sonra ürəkdə kalsium səviyyəsi tənzimlənib, hüceyrədaxili enerji yolları aktivləşib, bu da hüceyrə səviyyəsində maddələr mübadiləsi pozuntusunun bərpasını göstərir.
Bununla belə, bu ümidverici nəticələrə baxmayaraq, naringinin kliniki tətbiqi onun aşağı bioloji əlçatanlığı (<5%) səbəbindən məhduddur. Bu isə dərmanın effektivliyini artırmaq üçün liposomal kapsulyasiya kimi yeni üsulların işlənib hazırlanmasına stimul yaradır.
Beləliklə, naringin ürək-damar xəstəliklərinin profilaktikası üçün perspektivli vasitədir, lakin onun geniş tətbiqi üçün əlavə araşdırmalara və daha effektiv çatdırılma üsullarının hazırlanmasına ehtiyac var”, - məqalədə qeyd olunur.