Tramp Ukrayna danışıqlarına görə tətil planlarını təxirə saldı


ABŞ Prezidenti Donald Tramp Ukrayna münaqişəsinin həlli ilə bağlı məsləhətləşmələrdən yayınmamaq üçün avqust ayında Nyu Cersi ştatının Bedminster şəhərindəki qolf klubunda planlaşdırılan iki həftəlik istirahətini ləğv edib.
Yeniavaz.com
xəbər verir ki, bunu jurnalistlərə Ağ Evin mətbuat katibi Karolin Levitt deyib.
“Bu, adətən, prezidentin tətilə getdiyi vaxtdır, lakin bu prezidentin yox. Onun Bedminsterdə bir neçə həftə istirahət edəcəyi ilə bağlı bəzi müzakirələr olub, lakin o, bunu etməmək qərarına gəlib. O, tapşırıq yönümlü insandır. O, irəli getmək, işləri tez başa çatdırmaq istəyir. Dəmiri isti olanda vurmaq istəyir”, - Ağ Evin mətbuat katibi izah edib.
Levitt qeyd edib ki, Amerika lideri planlarını Rusiya və Ukrayna ilə bağlı danışıqlara görə ləğv edib.
Xatırladaq ki, avqustun 15-də Rusiya Prezidenti Vladimir Putin və Tramp Alyaskadakı Elmendorf-Rişardson hərbi bazasında görüşüblər. Avqustun 19-da isə Tramp Vaşinqtonda Ukrayna Prezidenti Volodimir Zelenski və Avropa liderləri ilə görüşüb.

DİGƏR XƏBƏRLƏR

Top