Dubayda 25 milyon dollarlıq çəhrayı almazı oğurlayanlar saxlanıldı – Təfərrüat


Dubayda 25 milyon dollar dəyərində nadir çəhrayı almaz oğurlanıb.
Yeniavaz.com
“CBS News”a istinadla xəbər verir ki, Dubay polisi 8 saat ərzində almazı oğurlayan 3 nəfəri saxlayıb.
Bildirilir ki, qiymətli daşı potensial alıcıya göstərmək üçün Avropadan bir zərgər gətirib. O, Dubayda kirayə götürülmüş bir villada alıcıya təqdim olunmalı imiş. Lakin məlum olub ki, görüş tələ imiş. Belə ki, qiymətli daş “baxış” zamanı itib.
“Mən alıcıya almazı göstərməyə gəldim. Onlar almazı gördülər və oğurladılar,” – deyə şoka düşmüş zərgər polisə bildirib.
Polis dərhal axtarışlara başlayıb. Dubay polisinin nümayəndələrinin sözlərinə görə, axtarış zamanı xüsusi ixtisaslaşmış qruplar və süni intellektin ən müasir texnologiyalarından istifadə olunub. Qısa müddətdə Asiya ölkələrindən olan üç kişi saxlanılıb.

DİGƏR XƏBƏRLƏR

Top