
“Qarabağ” UEFA Çempionlar Liqasının pley-off mərhələsinin ilk oyununda Macarıstanın “Ferentsvaroş” klubuna səfərdə qalib gəlib.
Yeniavaz.com xəbər verir ki, “Köhlən atlar” “Qroupama Arena”da baş tutan görüşdən 3:1 hesablı qələbə ilə ayrılıb.
Qarşılaşmada hesabı 29-cu dəqiqədə (Barnabas Varqa) meydan sahibləri açıblar. Bu dəqiqədən sonra ilk hissədə komandalar qapılarını toxunulmaz saxlayıblar.
İkinci hissədə təmsilçimiz 50-ci (Marko Yankoviç), 67-ci (Kevin Medina) və 85-ci (Musa Qurbanlı) dəqiqələrdə topu rəqibin qapısından keçirib və Çempionlar Liqasının liqa mərhələsinə adlamaq üçün böyük fürsər yaradıb.
Qeyd edək ki, cavab matçı avqustun 27-də Tofiq Bəhramov adına Respublika stadionunda baş tutacaq.