
“Danışıqların davam etdirilməsi Ukraynada sülhün yeganə yoludur”.
Yeniavaz.com xəbər verir ki, bu barədə Slovakiya Prezidenti Peter Pelleqrini sosial şəbəkə hesabında məlumat yayıb.
“Sülhə aparan yeganə yol danışıqları davam etdirməkdir. Mən ABŞ prezidenti Donald Trampın başçılıq etdiyi beynəlxalq ictimaiyyətin Ukraynada davamlı sülhün əldə edilməsinə yönəlmiş səylərini alqışlayıram. Danışıqlar üç il yarım davam edən hərbi faciədən sonra diplomatik danışıqlarda sülhə aparan dönüş nöqtəsinin olacağına böyük ümid yaratdı”, - prezident yazıb.
Pelleqrini Kiyevə təhlükəsizlik təminatının verilməsinin vacibliyini də qeyd edib. O, bu ölkənin gələcək strukturu ilə bağlı Rusiya və Ukrayna arasında birbaşa danışıqların böyük əhəmiyyətini xüsusilə vurğulayıb. Slovakiya prezidenti ümid etdiyini bildirib ki, Trampın vasitəçiliyi ilə gələcək danışıqlar zamanı vəziyyətin həllində uğur əldə olunacaq.