Elektrik enerjisi xaricə 9,6 qəpiyə, əhaliyə isə 11,1 qəpiyə satılır


Bu ilin ilk 7 ayı ərzində Azərbaycandan xarici ölkələrə 737 milyon 466,3 min kVt/saat elektrik enerjisi ixrac edilib.
Yeniavaz.com
açıqlanan rəsmi məlumatlara istinadən bildirir ki, xaricə satılan elektrik enerjisinin gömrük dəyəri 41 milyon 610 min dollar olub.
Nəticədə xaricə satılan 1 kVt/saat elektrik enerjisinin gömrük dəyəri 5,6 sent və ya mövcud məzənnə ilə (1$/1,7azn) hesablandığı zaman 9,6 qəpik təşkil edib.
Qeyd edək ki, bu,daxili bazarda satılan elektrik enerjisinin qiymətindən ucuzdur.
Bildiyimiz kimi, ölkə daxilində əhaliyə satılan elektrik enerjisinin qiyməti 8,4 (200 kVt/saat-a qədər), 10 (200- 300 kVt/saat olduqda) və 15 qəpiyə (300 kVt/saat-dan artıq olduqda) bərabərdir. Bu isə o deməkdir ki, ölkə daxilində elektrik enerjisinin orta tarifi 11,1 qəpik təşkil edir.

Elnur Əli

DİGƏR XƏBƏRLƏR

Top