
Türkiyədə saxlanılan Cümhuriyyət Xalq Partiyasından (CHP) seçilmiş bələdiyyə sədri İnan Güney vəzifəsindən uzaqlaşıdırılıb.
Yeniavaz.com xəbər verir ki, bu barədə ölkənin Daxili İşlər Nazirliyi məlumat yayıb.
Bildirilib ki, qabaqlayıcı tədbir kimi belə bir qərar alınıb.
Qeyd edək ki, Beyoğlunun növbəti bələdiyyə sədrini bələdiyyə məclisinin üzvləri seçəcək. Sədrin yenidən CHP-li olacağı ehtimal edilir. Çünki bələdiyyə məclisində CHP-dən seçilmiş üzvlərin sayı (17) digər partiyaların cəmindən daha çoxdur.