Nazirlik 1 162 mənzili satışa çıxarmağa hazırlaşır


Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən keçirilən tender müsabiqəsinin (Açıq tender) qalibi məlum olub.
Yeniavaz.com
açıqlanan rəsmi məlumatlara istinadən xəbər verir ki, tenderin qalibi “Açar Qiymətləndirmə Mərkəzi” MMC (VÖEN – 2005567601) olub.
Tender müsabiqəsinin şərtlərinə görə, “Açar Qiymətləndirmə Mərkəzi” nazirlik tərəfindən satışa çıxarılması nəzərdə tutulan mənzillərin real bazar qiymətini müəyyən edəcək.
Qeyd edək ki, tenderin qalibi olan MMC 70 binada yerləşən 69 tip üzrə cəmi 1 162 mənzilin qiymətləndirilməsini həyata keçirəcək və qarşılığında 9 min 770 manat 40 qəpik alacaq.

Elnur Əli

DİGƏR XƏBƏRLƏR

Top