41 kq narkotiki ölkəyə keçirmək istədilər


Avqust ayının 15-də Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının “Lənkəran” sərhəd dəstəsinin xidməti ərazisində İran İslam Respublikasından Azərbaycan Respublikası istiqamətinə dövlət sərhədinin pozulması halının qarşısı alınıb.
Yeniavaz.com
xəbər verir ki, bu barədə DSX-nin Mətbuat Mərkəzi məlumat yayıb.
Bildirilib ki, keçirilmiş sərhəd axtarışı və əməliyyat tədbirləri nəticəsində xidməti ərazidən ümumi çəkisi 40 kiloqram 900 qram narkotik vasitə (37 kq 900 qram marixuana, 3 kq tiryək) 5000 ədəd narkotik tərkibli metadon M-40 həbi aşkar olunaraq götürülüb:
“Fakt üzrə əməliyyat-istintaq tədbirləri davam etdirilir”.

DİGƏR XƏBƏRLƏR

Top