Sumqayıt sakinləri 2 saylı ASAN-da da kommunal xidmətlərin göstərilməsini istəyirlər


Bir qrup Sumqayıt sakini redaksiyamıza müraciət edərək bulvar ərazisində yerləşən 2 saylı Sumqayıt regional “ASAN xidmət” Mərkəzində kommunal xidmətlərin (işıq, qaz, su) göstərilmədiyini və buna görə əziyyət çəkdiklərini bildiriblər.
Yeniavaz.com
xəbər verir ki, sözügedən şəxslər həmin xidmətlərin 2 saylı Sumqayıt regional “ASAN xidmət” Mərkəzində də göstərilməsini istəyirlər.
Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyindən məsələ ilə bağlı sorğumuza cavab olaraq bildirilidi ki, fiziki və hüquqi şəxslərə kommunal və digər müştəri xidmətlərinin vahid məkanda, “ASAN xidmət”in fəaliyyət prinsipləri və standartları əsasında göstərilməsini təmin edən “ASAN kommunal” mərkəzləri yaradılıb və vahid şəkildə idarəedilməsi təşkil edilib:
“Hazırda 1 saylı Sumqayıt regional “ASAN xidmət” mərkəzində “Azərişıq” Açıq Səmdar Cəmiyyəti, Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi, “Azəriqaz” İstehsalat Birliyi tərəfindən vətəndaşlara xidmət göstərilir”.

Murad Məmmədov

DİGƏR XƏBƏRLƏR

Top