
Prezident yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyi ölkənin aparıcı pərakəndə satış şəbəkələrindən birinin – “Bravo” supermarketlərinin sahibi olan “Azərbaycan Supermarket” MMC (VÖEN - 1403051411) barəsində İnzibati Xətalar Məcəlləsinin 447-ci maddəsinə əsasən protkol tərtib edib.
Yeniavaz.com Agentlikdən açıqlanan məlumata istinadən xəbər verir ki, “Azərbaycan Supermarket” MMC “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin 1-ci bəndinin tələblərini pozub.
Belə ki, “Bravo”da qida məhsulunu üzərində göstərilən qiymətdən baha satıblar.
Məlumat üçün bildirək ki, “Azərbaycan Supermarket” MMC 2015-ci ildə dövlət qeydiyyatına alınıb.
Onu da qeyd edək ki, Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyi bu il sayca 7-ci dəfədir ki, “Azərbaycan Supermarket” MMC barəsində protokol tərtib edir. Bu ilin əvvəlindən ötən dövr ərzində heç bir supermarket haqqında bu sayda protokol tərtib edilməyib.
Elnur Əli