Çimayev Plessisi məğlub etdi


Çeçen əsilli Rusiya qarışıq döyüş sənəti iştirakçısı Həmzət Çimayev uzun müddətdir maraqla gözlənilən mübarizənin qalibi olub.
Yeniavaz.com
xəbər verir ki, o, ABŞ-nin Çikaqo əyalətində baş tutan qarşılaşmada Cənubi Afrika Respublikasını təmsil edən Drisus Du Plessisi hakimlərin yekdil qərarı ilə (50-44, 50-44, 50-44) məğlub edib və orta çəki kəmərini rəqibindən alıb.
Çimayev bu qələbə ilə həm də məğlubiyyətsizlik seriyasını davam etdirib. Həmçinin bu, Du Plessisin UFC-dəki ilk məğlubiyyəti olub.

DİGƏR XƏBƏRLƏR

Top